resepti.local » Resept » Çiyələkli piroq resepti
Çiyələkli piroq resepti

Çiyələkli piroq resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Çiyələkli piroq resepti

Tərkibi:
80 qr. yumuşaq kərə yağı
1,5 st. un
1,5 ç.q. qabartma tozu
0,5 ç.q. duz
1 st. + 2 x.q. şəkər tozu (mən qəhvəyi şəkər tozu istifadə etmişəm)
1 yumurta
0,5 st. süd
1 ç.q. vanil ekstraktı (olmasa adi vanil)
400-500qr. çiyələk

Hazırlanması:
Sobanı 180 dərəcəyə isinməyə qoyun.
Soba qabını yağlayın. Əslində bu ərzaqlar 20 sm. qab üçün nəzərdə tutulub mən 26 sm. qabda etdiyim üçün biraz yastı alınıb.
Unu, qabartma tozunu və duzu bir qabda qarışdırın.
Yumuşaq kərə yağını və 1 st. şəkət tozunu 3 dəqiqə çalın.
Sonra yumurtanı, südü, vanili əlavə edin və aşağı sürətdə çalmağa davam edin.
Yavaş yavaş unu əlavə edin və qarışdırın.
Soba qabına xəmiri əlavə edin.
Üstünə çiyələkləri düzün. Bir birinə yaxın olsunlar. Məndə lap xırda çiyələk idi heç kesmədim.
Üstünə 2 x.q. şəkər tozu səpin.
Sobaya 180 dərəcədə 10 dəq. qoyuruq.
Sonra 160 dərəcə edib 50 dəqiqə bişiririk.
Bişmiş piroqu setkada soyuduruq. Üstünə şəkər pudrası əlavə edə bilərsiz.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür