resepti.local » Resept » Renuar - badımcan şorbası resepti - FOTO RESEPT
Renuar - badımcan şorbası resepti - FOTO RESEPT

Renuar - badımcan şorbası resepti - FOTO RESEPT

Mətbəx: Avropa mətbəxi
Porsiya: 2-4

Renuar - badımcan şorbası resepti - FOTO RESEPT

Tərkibi:
Kərə yağı 50q
Badımcan 4-5 ədəd
Pomidor 2 ədəd
Sarımsaq 2 diş
Soğan 1 ədəd
Qaymaq (20-25% yağlı) 150ml
Bulyon(zövqünüzə görə) 1 stk.

Hazırlanması:
Badımcanları qabığından təmizləyib, kiçik hissələrə doğrayın. Doğradığınız badımcanları azca duzlanmış suda 5-10 dəqiqə saxlayın. Pomidorları qabığından rahat ayırmaq üçün, onları qaynar suda 2-3 dəqiqə saxlayın. Daha sonra pomidorları qabığından ehmalca ayıra bilərsiniz. Sarımsaqları xırda-xırda doğrayın. Təmizlənmiş pomidorları 4 hissəyə doğrayıb, sarımsaq ilə birgə şəkildə göstərildiyi kimi folqaya yerləçdirin. Sobanızı 200 dərəcəyə qədər isidib, folqada yerləşən sarımsağlı pomidorları 20 dəqiqəərzində bişirin. Soğanı təmizlədikdən sonra, xırda-xırda doğrayın. Orta odda kərə yağı ilə, yüngül qizartıya qədər soğanı qızardın. Tavada qızardılan soğana doğradığınız badımcanları əlavə edib, üzərinə isti bulyonu süzün. 5-10 dəqiqə ərzində kütləni bişirməyə davam edin. Sobada bişirdiyiniz pomidorlu qarışımı və qızartığınız badımcanlı qarışımları birləşdirib, blenderdən keçirdin. Alınan kütləyə qaymaq əlavə edib, yaxşıca qarışdırın. Şorbamız hazırdı.

Renuar - badımcan şorbası resepti - FOTO RESEPT


Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür