resepti.local » Resept » Əqrəb və Balıq bürcü uyğunluğu
Əqrəb və Balıq bürcü uyğunluğu

Əqrəb və Balıq bürcü uyğunluğu

Kateqoriya: bürclər

Əqrəb və Balıq bürcü uyğunluğu

Balıq bürcünə mənsub olan insanlar, adətən, yaşadığı müddətcə həqiqi sevgini axtarmağa meyilli olurlar. Çünki onlar həqiqi və sonsuz sevgiyə, bir də romantikaya inanırlar. Romantik komediya filmləri onların ən sevdiyi filmlərdir. Sonu xoşbəxt bitən sevgi hekayələrini çox sevirlər və onlardan dərs çıxarırlar. Ürək ağrıları olsa da, həyata və yeni sevgilərə daim ümidlə baxmağı bilirlər. Balıq bürclərinin sevgidən küsdüyünü asanlıqla görməzsiniz. Onun romantik olmasını ən çox bəyənən bürclərdən biri isə Əqrəb bürcüdür. Əqrəb bürcü aşiq olduğu zaman çox sadiq olur. Əqrəb bürcü sevgiyə və sədaqətə böyük əhəmiyyət verir. Aşiq olduqda gözləri başqa heç kəsi görmür və sevdikləri zaman ürəkdən sevirlər. Sevdikləri zaman əl çəkməkləri də çətindir. Balıq bürcü xəyanətə nifrət edir və bunu əsla bağışlamır. Əqrəb bürcünün təbiətində sevdiyi insana xəyanət etmək kimi bir şey olmadığı üçün bu cütlüyün bir-birinə hörməti və inamı asanlıqla bitməz.
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür