resepti.local » Resept » Qırmızı moruqlu mini pay resepti
Qırmızı moruqlu mini pay resepti

Qırmızı moruqlu mini pay resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Qırmızı moruqlu mini pay resepti

Tərkibi:
Xəmir:
500 qr un
2 x.q. şəkər tozu
½ ç.q. duz
250 qr soyuq kərə yağı
6 x.q. soyuq su

İçlik:
600 qr qırmızı moruq
150 qr şəkər tozu
6 x.q. qarğıdalı nişastası
½ ç.q. vanil ekstraktı
1 limonun sürtgəcdən keçirilmiş qabığı

Hazırlanması:
1. Dərin qaba un, duz şəkər tozu tökülür. Soyuq kərə yağı əlavə edilib, bıçaqla tam həll olunanadək doğranılır.
2. Xəmirin üzərinə soyuq su əlavə edilir. Su mütləq çox soyuq olmalıdır ki, yağ əriməsin və xəmir qat-qat alınsın. Xəmir yoğrulur və soyuducuda ən azı 2 saat saxlanılır.
3. Sonra xəmir yayılır və formalara yığılır. Yenidən ən azı 15 dəqiqə soyuducuya qoyulur.
4. Giləmeyvələr şəkər tozu, limon qabığı və nişasta ilə qarışdırılır.
5. Xəmirin üzərinə içlik qoyulur. Öncədən qızdırılmış sobada 180 C dərəcədə üzəri qızılı rəng olanadək bişirilir.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür