resepti.local » Resept » Burekas resepti
Burekas resepti

Burekas resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Burekas resepti

Tərkibi:
Xəmir üçün:
un - 4 st
kefir - 200 q
kərə yaği - 200 q
sirkə - 1 x.q
zeytun yaği - 1 x.q
küncüt - 1 x.q
yumurta sarisi - 1 ədəd

İçlik üçün:
Badımcan - 2 ədəd
feta pendiri - 200 q
keşniş - 1/2 dəstə
duz -zövqə görə

Hazırlanması:
- badımcanları 180 dərəcə qızdırılmış SOBAda 25-30 dəq bişiririk
- Badımcan bişənə qədər Xəmiri hazırlayırııq. Yağ yumşaq olmalıdır, kefir soyuq olmalıdır, unu ələkdən keçirdirik, kefir, kərə yağı əlavə edib, kombaynda qarışdırırıq. 5 dəq qoyuruq qıarağa
- sonra yene qarışdırırıq, sirkə , zeytun yağı əlavə edirik, xəmir yoğururuq. xəmiri kündələyib, 30 dəq -lik soyuducuya qoyuruq.
- badımcanları soyuruq, xırda - xırda doğrayırıq. Pendir və göyərtini də doğrayırıq, duzlayıb qarışdırırıq.
- xəmiri soyuducudan çıxardırıq. stolun üstünə un səpib xəmiri düzbucaqlı şəkildə 5 mm qalınlığında yayırıq. sonra eni 7 sm olan zolaqlar şəklində kəsirik
- içliyi xemirin bir qırağından elə qoyuruq ki, digər tərəfini bükəndə üçbücaq alınsın
- yumurta sarısını 1 qaşıq su ilə qarışdırırıq, burekasların üzərinə çəkirik və küncüt səpirik
- SOBAnı 180 dərəcəyə qədər qızdırırıq, listə perqament kağızı səririk, 30 dəq qızılı rəng alana qədər bişiririk.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür