resepti.local » Resept » Penne Rigate Arabyata sousu ilə resepti
Penne Rigate Arabyata sousu ilə resepti

Penne Rigate Arabyata sousu ilə resepti

Mətbəx: İtalyan mətbəxi
Porsiya: Yox

Penne Rigate Arabyata sousu ilə resepti

Tərkibi:
Penne rigate - 500 q,
pomidor - 600 q,
sarımsaq - 2 diş,
zeytun yağı - 3 xörək qaşığı,
pekorino - 4 xörək qaşığı,
acı bibər - 1 ədəd,
cəfəri - zövqə görə,
duz - zövqə görə,
qara bibər - zövqə görə.

Hazırlanması:
1) Pomidorları 10 saniyə qaynar suda saxlayın, qabığını və toxumlarını təmizləyin və kub şəklində doğrayın.
2) Xırda-xırda doğranmış sarımsağı və qırmızı acı bibəri zeytun yağında qovurun. Pomidorları əlavə edib, 5 dəqiqə bişirin.
3) Çox miqdarda duzlu suda Penne rigate Lafarellanı "al-dente" vəziyyətinə çatanadək qaynadın, suyunu boşaldın və sousla qatın, süfrəyə gətirməzdən əvvəl üzərinə rəndələnmiş pekorino və xırda doğranmış cəfəri səpin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür