resepti.local » Resept » Yumurtalı qızarmış çörək resepti
Yumurtalı qızarmış çörək resepti

Yumurtalı qızarmış çörək resepti

Mətbəx: Yoxdu
Kateqoriya: qəlyanaltılar
Porsiya: Yox

Yumurtalı qızarmış çörək resepti

Tərkibi:
2 ədəd yumurta
4 dilim tost çörəyi
Çörəklərin arasına zövqünüzə görə pendir qoya bilərsiniz (kaşar yaxud adi pendir)
Kərə yağı
duz , quru nanə , pul bibər

Hazırlanması:
Sobanızı 170 dərəcədə qızdırın
Kərəyağını tavada əridib yumurtaları tavaya qırın . Üzərinə bir az duz səpin . Yumurtalar bişərkən 2 dilim çörəyin arasına seçim etdiyiniz pendiri qoyun . Pendirin üzərinə bir az quru nanə və pul bibər səpin . Çörəkləri soba qabına düzün
Tavadan aldığınız yumurtanı arasına pendir qoyduğunuz çörəklərin üzərinə yumurtanı diqqətli şəkildə ayrı ayrı yerləşdirin.
170 dərəcəyə isidilmiş sobada 2-3 dəqiqə qədər bişirin. Səhər yeməyimiz hazırdır.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür