resepti.local » Resept » Kokoslu-giləmeyvəli piroq resepti
Kokoslu-giləmeyvəli piroq resepti

Kokoslu-giləmeyvəli piroq resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Kokoslu-giləmeyvəli piroq resepti

Tərkibi:
3/4 fincan otaq temperaturunda yağ
1 3/4 fincan + 1 x.q. un
2 ç.q. qabartma tozu
1/2 ç.q. duz
1 fincan kokos yonqarı
1 fincan + 1 x.q. şəkər tozu
3 iri yumurta
3/4 fincan qatıq
2 ç.q. laym sedrası
2 x.q. laym şirəsi
3 fincan giləmeyvə: moruq, qaragilə, çiyələk və s.
3 x.q. rom, yaxud portağal şirəsi

1 fincan = 250 ml

Hazırlanması:
Sobanı 175 dərəcə qızdırın. Formanı (23x33 sm) yağlayın.

1 3/4 fincan unu, kokosu, qabartma tozu və duzu qarışdırın.

Mikserlə 1 fincan şəkər tozunu yağla çalın. Tədricən yumurtaları əlavə edin. Üç dəfəyə unu əlavə edin, arada qatıq qatın, sedra və laym şirəsi əlavə edin. Xəmiri formaya qoyub üzərini hamarlayın.

Giləmeyvəni 1 x.q. un, 1 x.q. şəkər tozu, rom (yaxud portağal şirəsi) ilə qarışdırın, xəmirin üzərinə düzün. 35 dəqiqə bişirin, şəbəkənin üzərində soyudun.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür