resepti.local » Resept » Qat - qat xəmirli tartaletlər resepti
Qat - qat xəmirli tartaletlər resepti

Qat - qat xəmirli tartaletlər resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: Yox

Qat - qat xəmirli tartaletlər resepti

Tərkibi:
Kərə yağı – 60 q
Toyuq filesi – 400 q
Göbələk – 400 q
Pomidor – 500 q
Holland pendiri – 70 q
Qat-qat xəmir – 400 q

Hazırlanması:
İlk əvvəl göbələkləri 4/1 formada doğrayıb, orta hərarətli odda kərə yağı ilə üstü qızarana qədər bişirin. Daha sonra toyuq filesini kiçik dördbucaqlar şəklində doğrayıb, kərə yağında yüngülcə qızardın. Qat-qat xəmiri tartaletlər üçün olan formaların içərisinə yerləşdirin. Pomidorlarınızı 4 hissəyə bölüb və holland pendirini sürtgəcdən keçirdərək, qızartığınız göbələk və file ilə birgə xəmirinizin üzərinə əlavə edin. Sobanızı 200 dərəcəyə qədər isidib, tartaletlərinizi 20 dəqiqə ərzində bişirə bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür