resepti.local » Resept » Havay hamburqeri resepti - FOTO RESEPT
Havay hamburqeri resepti - FOTO RESEPT

Havay hamburqeri resepti - FOTO RESEPT

Mətbəx: Yoxdu
Porsiya: Yox

Havay hamburqeri resepti - FOTO RESEPT

Tərkibi:
Sous üçün:
Mayonez 1/2 stəkan
Balzamik sirkə 2 ç.q
Bal 1 x.q
Qara istiot 1/4 ç.q

Hamburqer üçün:
Ananas 8 dilim
Qırmızı bolqar bibəri 1 ədəd (iri)
Mal əti qiyməsi 500 q
Duz 1/2 ç.q
İstiot 1/2 ç.q
Holland pendiri 4 dilim
Kərə yağı 2 x.q
Hamburqer çörəyi 4 ədəd
Qırmızı soğan 1/2 ədəd
Yaşıl salat 8 yarpaq

Hazırlanması:
1. Sousu hazırlamaq üçün mayonez, sirkə, bal və istiotu qarışdırın. 30 dəqiqə soyuducuda saxlayın.

Havay hamburqeri resepti - FOTO RESEPT

2. Qrill tavada ananas və bolqar bibəri dilimlərini asta odda üzərində zolaqlar əmələ gələnə kimi qızardın. (Onları həmçinin adi tavadan qızılı rəngəcən qızartmaq olar - red.)



3. Mal əti farşını duzlayın və istiotlayın, 4 bərabər hissəyə bölün və kotlet formasına salın. Tavada bir qaşıq kərə yağını əridib koteltləri bişənədək qızardın. Hazır kotletlərin üzərinə 1 dilim holland pendiri qoyub əridin.



4. Hamburqer üçün çörəklərin arasını bölün. Təmiz tavada 1 qaşıq yağı əridib çörəklərin iç tərəfini 2 dəq. ərzində qızardın. Hər çörəyin üzərinə sous çəkin, kotlet, 2 ananas dilimi, bolqar bibəri, nazik doğranılmış qırmızı soğan və salatı yerləşdirin. Burgerin üzərinə çörəyin ikinci yarısı ilə örtün.



5. Hamburqerləri sousla servis edin.



Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür