resepti.local » Resept » Darçınlı və köklü keks resepti
Darçınlı və köklü keks resepti

Darçınlı və köklü keks resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Darçınlı və köklü keks resepti

Tərkibi:
2 yumurta
1 böyük banan
25-30 kişmiş (məndə böyük ölçülü idi)
100 ml süd
2 yemək qaşığı araxis yağı
80 qram yulaf unu
1 ədəd kök
15 fındıq
Soda

Hazırlanması:
Əvvəlcə kökü tyerkadan keçiririk və kənara qoyuruq. Daha sonra kişmiş və fındığı blendordan keçiririk. Digər qabda çəngəl köməyi ilə bananı əzib yumurtaları əlavə edirik. Daha sonra araxis yağı, süd və unu əlavə edirik, yaxşıca qarışdırırıq. Bundan sonra kişmiş, kök və fındığı xəmirimizə qatırıq. Ən son 180 dərəcədə 40-45 dəqiqə bişiririk.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür