resepti.local » Resept » İçli toyuq resepti
İçli toyuq resepti

İçli toyuq resepti

Mətbəx: Milli mətbəx
Porsiya: 4-6

İçli toyuq resepti

Tərkibi:
100-150 q kərə yağı
1 bütöv toyuq (1.5-2 kq)
200 q düyü
Qara gavalı, qaysı, kişmiş
Zövqünüzə uyğun duz, istiot, sarımsaq, göyərti, kök

Hazırlanması:
Kişmişi, doğranmış qaysı qurusu və qara gavalını duzlu suda bişmiş 200 q düyü ilə qarışdırın. Toyuğun içini kərə yağı ilə yaxşıca yağlayın və duzlayın. Toyuğun içini düyü və quru meyvə qarışığı ilə doldurun. Tikin və ya kurdan ilə bağlayın. Toyuğu duzlayıb-istiotlayın, tavaya qoyun və üzərinə əridilmiş kərə yağı tökün. Ətir verməsi üçün tavaya kök, sarımsaq və göyərti düzmək olar. Mütəmadi olaraq əridilmiş kərə yağını üzərinə əlavə etməklə sobada 180°С dərəcədə tam bişənə qədər qızardın.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür