resepti.local » Resept » Pomidor konservası resepti
Pomidor konservası resepti

Pomidor konservası resepti

Mətbəx: Yoxdu
Kateqoriya: turşular
Porsiya: Yox

Pomidor konservası resepti

Tərkibi:
3 kilo pomidor
1 şirin qaşığı duz
1 şirin qaşığı şəkər
Yarım çay stəkanı zeytun yağı

Hazırlanması:
Aldığınız pomidorları yuyun yaxşıca silin və kub şəklində doğrayın.

Qazana aldığınız pomidorların üzərinə duz, şəkər və zeytun yağını əlavə edin.

Ocağa alın, qazan qaynamağa başlayanda qazanı yarım saat ərzində qarışdırın.

Bankaları və qapaqlarını qaynar suda yuyun və yaxşıca qurulayın. Pomidorlar bişəndən sonra qazanı ocaqdan almadan isti halda bankalara doldurub qapaqlarını dərhal bağlayıb tərs çevirin və soyumağa buraxın.

Bankalar soyuduqdan sonra günəş olmayan bir yerdə saxlayın.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür