resepti.local » Resept » Pendirsiz qaragiləli çizkeyk resepti - FOTO RESEPT
Pendirsiz qaragiləli çizkeyk resepti - FOTO RESEPT

Pendirsiz qaragiləli çizkeyk resepti - FOTO RESEPT

Mətbəx: İtalyan mətbəxi
Porsiya: 4-6

Pendirsiz qaragiləli çizkeyk resepti - FOTO RESEPT

Tərkibi:
120 qr qaymaq (20% yağ tərkibli)
250 qr xama (20% yağ tərkibli)
800 qr kəsmik (18% yağ tərkibli)
100 qr kərə yağı
3 ədəd yumurta
10 qr limon qabığı
400 qr peçenya
100 qr qaragilə
200 qr şəkər tozu
şəkərli vanil bıçaq ucunda
darçın bıçaq ucunda

Hazırlanması:
Hazırki çizkeyk reseptində pendir yağlı kəsmik ilə əvəz olunub.

1. İnqredientlər hazırlanır.

2. Peçenyalar blender ilə xırda doğranır.

3. Alınan un kimi peçenyalara bir qədər əridilmiş yağ vurularaq, formanın dibinə yerləşdirilir. Sonra digər boşqabda kəsmiyə yağlı qaymaq qatılır, onların üzərinə blenderdə çalınmış yumurta, şəkər tozu və şəkərli vanil əlavə edilib qarışdırılır.
Formadaki peçenyaların üzərinə ehtiyyatla kəsmikli məhlul əlavə edilib, əvvəlcədən 170 dərəcədə isidilmiş sobaya 50 dəqiqəlik yerləşdirilir.

4. Nəhayət, 50 dəqiqədən sonra çizkeyk sobadan çıxarılır, üzərinə birdaha kəsmikli məhlul əlavə edilir, 2 xörək qaşığı şəkər tozu səpilir və bir çimdik vanil əlavə edilərək yenidən 7 dəqiqəlik sobaya yerləşdirilir və sobanın temperaturu 200 dərəcəyədək artırılır.

5. Sobadan çıxarılandan sonra üzərinə qaragilə əlavə edilərək 3-4 saatlıq soyuducuya yerləşdirilir.

Pendirsiz qaragiləli çizkeyk resepti - FOTO RESEPT









Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür