resepti.local » Resept » Quş südü tortu resepti
Quş südü tortu resepti

Quş südü tortu resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Quş südü tortu resepti

Tərkibi:
Keks xəmiri:
6 yumurtanın sarısı
1/5 stəkan şəkər tozu
300 qram smetan
1 çay qaşığı soda
3 yemək qaşığı kakao
vanil
1 yemək qaşığı sirkə
200 qram əridilmiş yağ
un (nə qədər gedərsə - nə çox qatı olmalıdı, nə də çox boş)

Qlazurun hazırlanma qaydası:
3 xörək qaşığı kakao
100 qram şəkər tozu
6 xörək qaşığı su
50 qram yağ

Hazırlanması:
Qarışımı içi yağlanmış qaba tökün, 180 dərəcədə sobada bişirin.

Yumurtanın ağını tam ağarıb qatılaşana kimi mikserlə çalın. Sonra yavaş-yavaş şəkər tozunu içinə tökün və vanili əlavə edib, yenə qarışdırın. Hazır olandan sonra bişmiş keksin üstünə töküb, hər tərəfinə yayın. Sobaya qoyub ötürməmək şərti ilə hardasa 10 dəqiqə saxlayıb çıxarın.

Bu məmulatları vam odun üzərində qarışdırıb həll edin. 50 qram yağı içinə töküb əriyənə kimi qarışdırın. Çalışın qatı deyil, bal kimi olsun. Sonra bizeli keksin üstünə şəkildə göründüyü kimi qaşıqla tökün. Yenə sobaya qoyun. Bir neçə saatdan sonra kəsib yeyə bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür