resepti.local » Resept » Asanlıqla hazırlaya biləcəyiniz qazanda keks resepti
Asanlıqla hazırlaya biləcəyiniz qazanda keks resepti

Asanlıqla hazırlaya biləcəyiniz qazanda keks resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Asanlıqla hazırlaya biləcəyiniz qazanda keks resepti

Tərkibi:
Keks üçün:
2 ədəd yumurta,
1 st. süd,
1 st. şəkər tozu,
3 x.q. kakao,
1.5 st. un,
1 paket vanil,
1 paket qabartma tozu

Üzəri üçün:
bişmiş qatılaşdırılmış süd,
cem,
mürəbbə,
krem,
meyvə

Hazırlanması:
Əvvəlcə yumurta və şəkər tozunu ağarana kimi mikserlə çalırıq. Daha sonra kakao, qabartma tozu və vanili ələyib, yumurtalı qarışımın üzərinə əlavə edib, çalmağa davam edirik. Son olaraq süd töküb, xəmir halını alana kimi qarışdırırıq. Stəkanların içini yağlayıb, yarısına kimi hazırladığımız xəmirdən tökürük. Stəkanları qazanda az qızdırılmış suyun içinə yerləşdirib, 45-50 dəqiqə bişiririk. Kekslərimiz bişdikdən sonra üzərinə istəyə bağlı olaraq bişmiş qatılaşdırılmış süd, krem, mürəbbə və ya cem çəkib, zövqə görə bəzəyirik.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür