resepti.local » Resept » Şokoladlı armudlu piroq resepti
Şokoladlı armudlu piroq resepti

Şokoladlı armudlu piroq resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Şokoladlı armudlu piroq resepti

Tərkibi:
4 ədəd armud
200 qram un
150 qram şəkər
150 qram süd
80 qram kərə yağı
100 qram tünd şokolad
1,5 çay q. qabartma tozu
2 yumurta

Hazırlanması:
Armudları yuyun, nazik formada doğrayın.
Yumurta ağını sarıdan ayırın.
Ağını mikserlə çalın.
Bir qabda sarını şəkərlə qarışdırın.
Sonra kərə yağını çalın, üzərinə şəkərli yumurta sarısını, südü və qabartma ilə qarışdırılmış unu əlavə edin.
Sonda yumurta ağını da bu kütləyə qatın.
Alınmış xəmiri iki hissəyə bölün.
Birinə şokoladı sürtgəcdən keçirdib qatın.
Soba qabını yağlayın.
Əvvəlcə şokoladlı xəmiri, üzərinə armudların 2/3 hissısini, sonra o biri xəmiri və üzərinə qalan armudları yerləşdirin.
190 dərəcə qızdırılmış sobada 40 dəqiqə bilirin.
Hazır oldudqa soyuduqdan sonra üzərinə şəkər tozu səpin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür