resepti.local » Resept » Milföy xəmirindən şirniyyat resepti
Milföy xəmirindən şirniyyat resepti

Milföy xəmirindən şirniyyat resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Milföy xəmirindən şirniyyat resepti

Tərkibi:
10 ədəd milföy
2 paket südlü şokolad (və ya “Nutella”) Üzəri üçün:
zeytun yağı,
pudra şəkəri

Hazırlanması:
Milföyləri buzxanadan çıxardıb,xəmirləri bir-birindən ayırırıq. Ayrı-ayrı taxtanın üzərinə düzürük ki, milföylərin buzu açıldıqda sulu yaş kimi olmasın. Hər bir xəmirin kənarlarından bıçaqla lentlər kəsib, mərkəzinə şokolad yerləşdiririk. Lentləri şokoladın üzərindən sıra ilə, hörük kimi yerləşdiririk. Üzərinə zeytun yağı çəkirik. Əvvəlcədən qızdırılmış 180 dərəcə istilikli sobada üstü qızarana kimi 20-25 dəqiqə bişiririk. Üzərinə yumurta çəkmədiyimizdən çox qızarmır.
Soyuduqdan sonra üzərinə pudra şəkəri səpib, servis edə bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür