resepti.local » Resept » Asan və dadlı - kartof dolması resepti
Asan və dadlı - kartof dolması resepti

Asan və dadlı - kartof dolması resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Asan və dadlı - kartof dolması resepti

Tərkibi:
mal əti,
kartof,
yağ,
pomidor,
soğan,
holland pendiri

Hazırlanması:
Əvvəlcə əti soğanla birlikdə ət çəkən maşıından çəkirik və yağda biraz qovururuq. Çox qovurmağa ehtiyac yoxdur, çünki daha sonra sobada da bişiririk. Kartofların qabığını soyub, bütöv halda suda 5 dəqiqə qaynadırıq. Daha sonra içini ovub, çıxardırıq. Yerinə isə qovurduğumuş qiymədən yerləşdiririk. Soba qabına yağ töküb, xırda doğranmış pomidor və hazırladığımız kartofları düzürük. 180 dərəcə istilikli sobada bişiririk.
*Qeyd. Zövqə görə üzərinə holland pendiri də əlavə etmək olar.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür