resepti.local » Resept » Alma və keks dueti resepti
Alma və keks dueti resepti

Alma və keks dueti resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Alma və keks dueti resepti

Tərkibi:
5 ədəd alma,
1 st. şəkər tozu (+2 x.q.), 0.5 st. duru yağ,
1 st. qatıq (1 ç.q. qabartma), 4 ədəd yumurta,
2 st un,
1 x.q. darçın

Hazırlanması:
Əvvəlcə almaların qabığını soyub, zədələmədən içini oyuruq. Amma içini təmizləyən zaman diqqət etmək lazımdır ki, alt hissəsi açılmasın. Daha sonra yumurtaların ağını sarısından ayırıb, ağlarını 5-7 dəqiqə mikserlə qarışdışdırırıq. Yumurta sarılarının üzərinə şəkər tozu, yağ, qatıq və un əlavə edib, mikserlə qarışdırırıq. Üzərinə yumurta ağlarını əlavə edib, taxta qaşıqla aşağıdan yuxarıya doğru qarışdırırıq. Beləliklə, xəmir hazırdır.

Şəkər tozu və darçını qarışdırıb, almaların içərisinə doldururuq. Soba qabına əvvəlcə almaları düzüb, daha sonra xəmiri tökürük. Diqqət etmək lazımdır ki, xəmir almaların üzərinə tökülməsin. 180℃ istilikli sobada 25-30 dəqiqə bişiririk.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür