resepti.local » Resept » Fincan tatlısı resepti
Fincan tatlısı resepti

Fincan tatlısı resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Fincan tatlısı resepti

Tərkibi:
4 su st. süd,
1 su st. un (2 x.q. az),
1 x.q. nişasta,
1 su st. şəkər tozu,
1 ç.q. kərə yağı (və ya margarin),
1 paket vanil

Üzəri üçün:
1 su st. kakos

Hazırlanması:
Əvvəlcə süd, şəkər tozu, un və nişastanı bir qazana töküb, qaza qoyuruq. Dayanmadan qarışdıraraq bişiririk. Qatılaşan zaman qazı söndürüb, yağ və vanil əlavə edərək yenidən qarışdırırıq. Mikserlə 3 dəqiqə qarışdırsanız daha da yaxşı nəticə əldə etmiş olarsınız. Qəhvə fincanlarını su ilə isladıb, hazırladığımız qarışımı içinə tökürük. Otaq temperaturuna qədər soyuduqdan sonra soyuducuya yerləşdiririk. 4 saat soyuducuda saxladıqdan sonra çıxarıb, hər tərəfini kakaosa batırırıq.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür