resepti.local » Resept » Sobada toyuq və kartof qızartması resepti
Sobada toyuq və kartof qızartması resepti

Sobada toyuq və kartof qızartması resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Sobada toyuq və kartof qızartması resepti

Tərkibi:
1 kq toyuq budu,
2 ədəd kartof (orta ölçülü)

Sous üçün:
1 st. qatıq,
yarım st. süd,
1 x.q. bibər pastası,
1 x.q. kekik,
3 diş sarımsaq,
1 x.q. istiot,
1 x.q. kimyon,
2 x.q. zeytun yağı,
1 x.q. duz

Hazırlanması:
Böyük bir qaba süd, qatıq, zeytun yağı, bibər pastası və ədviyyatları töküb, qarışdırırıq. Toyuq budlarını sousun içinə yerləşdirib, 2 saat gözlədirik.
Kartofların qabığını təmizləyib, halqalar şəklində kəsirik. Üzərinə zeytun yağı, qırmızı istiot, kekik və duz töküb, qarışdırırıq. Soba qabının bir tərəfindən toyuq budlarını, digər tərəfindən isə kartofları düzürük. “Nar” kimi qızarana qədər sobada bişiririk.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür