resepti.local » Resept » "Yojik" tortu resepti
"Yojik" tortu resepti

"Yojik" tortu resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Tərkibi:
Xəmir:
5 ədəd yumurta
3 st şəkər tozu
3 st qatıq
1 st yarım kərə yağı (duru halda)
2 ç.q. sirkə
1 ç.q. soda
3 st un
vanil

Krem üçün:
2 st şəkər tozu
2 st süd
5 x.q. un
1 ədəd yumurta
yarım banka qatılaşdırılmış süd
vanil
250 qr yağ

Hazırlanması:
Xəmir üçün yumurta və şəkər tozunu 20 dəq çalırıq. Üzərinə yağ, qatıq, sirkə, soda, un əlavə edib, qarışdırırıq. Hazır olmuş qarışımı yağlanmış listə töküb, 180 dərərcə isidilmiş sobada bişiririk.

Krem üçün əvvəlcə un və şəkər tozunu qarışdırıb, üzərinə yumurta, süd əlavə edirik və vam odda qaynayana qədər qarışdırırıq. Qaynadıqda ocaqdan götürüb, vanil əlavə edirik və çalırıq. Digər tərəfdə yağı çalırıq. Üzərinə soyumuş qarışımı və molokonu əlavə edib, 10-15 dəqiqə çalmağa davam edirik.

Biskivit bişdikdən sonra kiçik yumrular formasında kəsib, kremləyib, üst-üstə qoyuruq. Sonda üzərinə ovuntu tökürük.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür