resepti.local » Resept » Bulka resepti
Bulka resepti

Bulka resepti

Mətbəx: Yoxdu
Kateqoriya: xəmir işləri
Porsiya: Yox

Bulka resepti

Tərkibi:
2 st. ilıq süd
1 st. ilıq su
1 st. bitki yağı
2 ədəd yumurta ağı (sarısı üzərinə)
1 x.q. maya
1 çimdik duz
4 x.q. şəkər tozu
6 st. un

Hazırlanması:
İlk öncə mayanı 2-3 x.q. su ilə qarışdıb, 1 çimdik şəkər tozu qatırıq və kənarda saxlayırıq. Bir qabda süd, su ,yağ, şəkər tozu, yumurta ağı və duzu qarışdırırıq. Üzərinə az-az un əlavə edərək, yumşaq xəmir əldə edirik. Hazır olmuş xəmiri köpməsi üçün isti yerde saxlayırıq.
*Qeyd. bulkanın yumşaq olmağı üçün xəmiri bir neçə dəfə yoğurmaq lazımdır (yarım saatdan bir).
Hazır olmuş xəmiri kündələyirik. İçinə zövqə görə cem, kişmiş və s. əlavə edirik. Üzərinə əridilmiş yağ çəkirik və şəkər tozu səpib, rulet kimi bükürük. Uzununa 2 yerə kəsib, zolaqları bir-birinə dolayırıq və uclarını birləşdiririk. Listə düzüb, 20 dəq. gözləyirik. Üzərinə yumurta sarısı çəkirik və 200-220 dərəcədə bişiririk.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür