resepti.local » Resept » Sobada tərəvəzli toyuq resepti
Sobada tərəvəzli toyuq resepti

Sobada tərəvəzli toyuq resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: Yox

Sobada tərəvəzli toyuq resepti

Tərkibi:
300 qr toyuq əti,
150 qr brussel kələmi,
2 ədəd alma,
2 ədəd yerkökü,
2 ədəd soğan,
3-4 ədəd dəfnə yarpağı,
4 x.q. zeytun yağı

Sous üçün:
3 x.q. limon suyu,
3 x.q. zeytun yağı,
1 ç.q. keklikotu,
1 ç.q. rozmarin,
3-4 yarpaq cəfəri,
2 diş sarımsaq (əzilmiş),
duz, istiot

Hazırlanması:
Əvvəlcə alma, yerkökü, kələm və soğanı zövqə görə istənilən formada doğrayıb, soba qabına düzürük. Üzərinə zeytun yağı töküb, duz, istiot səpirik. Kənarda sous hazırlayırıq. Bunun üçün qeyd olunmuş bütün ərzaqları bir qaba töküb, qarışdırırıq. Toyuq ətini doğrayıb, sousa batıraraq, soba qabına yerləşdiririk. 230 dərəcə istilikli sobada 30 dəqiqə bişiririk.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür