resepti.local » Resept » Şokoladlı keks resepti
Şokoladlı keks resepti

Şokoladlı keks resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Şokoladlı keks resepti

Tərkibi:
3 yumurta
165 qr kərə yağı
1 stakan şəkər
3/4 staksn un
3/4 stakan şəkərsiz kakao
1 ç. q. qabartma tozu
0,5 stakan smetan
1 paçka vanilin
1/4 ç. q. duz
1. Yumuşaq yağı şəkərlə 3-4 dəqiqə çalmaq.
2. Yumurtaları bir bir əlavə etmək. Hər səfərində çalmaq.
3. Smetanı əlavə etmək və az müddət mikseri işlətmək.
4. Un , qabartma tozu və duzu əlavə etmək (ələkdən keçirərək) , qarışdırmaq. Nisbətən qatı xəmir alınır. Yağlanmış keks qabına tökmək.

Hazırlanması:
180t isidilmiş sobada 30-35 dəq bişirmək.

Bişən keksi öz qabında 5 dəq saxlamaq, sonra mətbəx telinin üstünə tərs çevirib tam soyutmaq.

Şokoladlı qlaze:
0,5 stakan qaymaq (30-33%)
110 qr qara şokolad

Qaymağı qaynamaya qoymaq. Elə ki qaynadı, o saat ocaxdan almaq və xırda parçalara bölünmüş şokoladın üstünə tökmək, yaxşıca qarışdırmaq. 2-3 dəq soyumasını gözləmək, sonra tam soyumuş keksin üstünə tökmək.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür