resepti.local » Resept » Ev üsulu qatılaşdırılmış süd resepti
Ev üsulu qatılaşdırılmış süd resepti

Ev üsulu qatılaşdırılmış süd resepti

Mətbəx: Yoxdu
Kateqoriya: digər reseptlər
Porsiya: Yox

Ev üsulu qatılaşdırılmış süd resepti

Tərkibi:
300 ml süd
50 qram quru süd
3 çay qaşığı qarğıdalı nişastası
5 xurma (mən 6 böyük xurma qatdım, şirin oldu, 5 məncə ideal sayıdır)
Bir paket vanilin

Hazırlanması:
Blendordan xurma və südü tam qarışana qədər qarışdırırıq. Sonra balaca qazana yerləşdirib aşağı dərəcədə yandırılmış qazda qarışdırmağa başlayırıq. Qarışdıra-qarışdıra quru südü əlavə edirik, əlavə edəndə də qarışdırmaq lazımdı. Son olaraq isə qarışdıra-qarışdıra nişastanı və vanilini də əlavə edirik.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür