resepti.local » Resept » Qat-qat xəmirdən portağal cemli üçkünclər resepti
Qat-qat xəmirdən portağal cemli üçkünclər resepti

Qat-qat xəmirdən portağal cemli üçkünclər resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Qat-qat xəmirdən portağal cemli üçkünclər resepti

Tərkibi:
qat-qat xəmir
mürəbbə

Hazırlanması:
Bəzən tez - tələsik ortalığa bir şey çıxartmaq lazım olanda, köməyə hazır qat-qat xəmir gəlir.

1. Xəmiri 30 dəq əvvəl dondurucudan çıxardın.

2. Bir yumurtanı kiçik qaba qırın.

3. Dördkünc şəkildə satılan hazır xəmirin qıraqlarına yumurta ağı çəkin ( bişəndə açılmasın diyə ) , 1 dolu çay qaşığı cem qoyun və 3-künc şəkildə bükün.

Üstünə yumurta sarısı və əvvəldən 190 t isidilmiş sobaya göndərin15-20 dəqiqəlik.

P.S. cem qatı olmalıdı , yoxsa bişəndə əriyib töküləcək. Ceminiz durudursa, onda bir qabın içinə lazım olan qədər cem qoyun , yarım çay qaşığı nişasta əlavə edib qarışdırın. Bişəndə nişasta cemi "yığacaq" , onu əriməyə qoymayacaq.
P.S.P.S. yeyilməyən cemi beləcə dəyişik tərzdə yəqdim edib, külfətə yedirə bilərsiz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür