resepti.local » Resept » Kərə yağında sarımsaqlı göbələk qızartması resepti
Kərə yağında sarımsaqlı göbələk qızartması resepti

Kərə yağında sarımsaqlı göbələk qızartması resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Kərə yağında sarımsaqlı göbələk qızartması resepti

Tərkibi:
300 qr göbələk
1diş sarımsaq
3-4 y.q. bitki yağı (günəbəxan yada zeytun)
1 y.q. kərə yağı
duz , istiot
keşniş

Hazırlanması:
1. Təmizlənmiş göbələyi dilimlərə doğramaq. Sarımsağı xırda doğramaq.

2. Tavanı ocağın üstünə qoymaq , bitki tağı tökmək, isinməsini gözləmək. Kərə yağını əlavə etmək və yağ çırtıldayanda, sarımsağı əlavə etmək. 1 dəq orta od üstündə qarışdıraraq qovurmaq.

3. Göbələkləri bura əlavə etmək və ocağın altını biraz qaldırmaq. Ara-bir qarışdıraraq, göbələkləri yaxşıca qovurmaq, tam yağa düşməlidir.

4.Elə ki göbələk tam qızardı , xırda doğranmış keşnişi əlavə etmək və isti-isti süfrəyə təqdim etmək.
Diqqət : bu yeməyi bişirəndə ev - eşik , el - aləm, bütün dünya , kainat sarınsaq və göbələk qoxacaq. Ola bilsin bu qoxu Marsa belə çatsın. Daha ətraflı və hər addım şəkillər bloqumda, profildəki linkdən keçə bilərsiz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür