Yuxalı blinçik içi pendirli resepti - FOTO RESEPT

Tərkibi:
təzə yuxa
ağ pendir
göyərti, məsələn spanaq və ya pazı başı
qızartmaq üçün yağ
Hazırlanması:
1. Öncə içlik hazırlamaq. Pendiri əvvəldən duzlu sudan çıxardıb salfetin üstündə 10 dəq saxlamaq ki, suyu çəkilsin.
Sonra çəngəl ilə əzmək.
Göyərtini xırda doğramaq. Pendir ilə qarışdırmaq. İçlik hazırdı.
2. Tavanl orta od üstündə isinməyə qoymaq. Yuxanın bir tərəfinə 1 yemək qaşığı içlik qoymaq , zərf kimi bükmək.
Tavaya yağ tökmək və isinməyini gözləmək. Soyuq yağa yuxaları qoysanız əgər , bütün yağı canına çəkər.
İsinmiş yağa yuxa blinçikləri salmaq və orta od üstündə hər iki tərəfini nar kimi qızartmaq.

Nuş olsun!

Bunlara da baxın:
Şərhlər (0)