resepti.local » Resept » Kakaolu çatlaq peçenye resepti
Kakaolu çatlaq peçenye resepti

Kakaolu çatlaq peçenye resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Kakaolu çatlaq peçenye resepti

Tərkibi:
●4/3 stəkan(180q) şəkər tozu
●2/1stəkan (100q) kakao
●4/1 stəkan ( 50q) duru yağ
●2 ədəd yumurta
●1stəkan yarım un
●qabartma tozu
●vanil
●şəkər pudrası

Hazırlanması:
Əvvəlcə şəkər tozu,kakao və yağı əlavə edib çırpma teli ilə qarışdırırıq.Sonra yumurtaları 1-1 əlavə edib qarışdırırıq.Sonda un,qabaqrtma və vanili də əlavə edib qaşırdırırıq.Ələ yapışan bir xəmir əmələ gəlir.Üzərini streç ilə bağlayıb 2 saat soyuducuda saxlayırıq.Sonra qaşıq ilə götürüb əlimizdə yumru şəkilə salırıq( əlimizə yağ vuraq ki yapışmasın) və şəkər pudrasına bulayırıq.Hamısını tavaya çox yaxın olmayaraq düzürük və 180° əvvəlcə qızdırılmış sobada 12-15 dəq bişiririk.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür