resepti.local » Resept » Türk üsulu bibər dolması resepti
Türk üsulu bibər dolması resepti

Türk üsulu bibər dolması resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Türk üsulu bibər dolması resepti

Tərkibi:
8-10 ədəd bibər,
4-5 ədəd qırmızı bibər,
1.5 su st. düyü (yarım saat suda saxlayın),
1 ədəd soğan (orta ölçülü),
1 ç.q. darçın,
1 dessert q. nanə,
1 dessert q. istiot,
1 dessert q. "yeni bahar" (marketde var),
2 x.q. "küş üzümü" (marketde var),
1 x.q. "dolmalık fıstık" (marketde var),
1 ədəd qənd,
1 çay st. zeytun yağı,
yarım limon

Hazırlanması:
Əvvəlcə bibərlərin içlərini təmizləyirik və baş hissələrini kəsdikdən sonra atmırıq, saxlayırıq. Bibərlərin içinə biraz duz səpirik. Xırda doğranmış soğanı yağda rəngi dəyişənə kimi qovururuq. Üzərinə düyü əlavə edib, qovurmağa davam edirik. Ardınca duz, istiot və digər bütün ədviyyatları töküb, qarışdıraraq 5 dəqiqə daha qovururuq. Limon əlavə edirik. Son olaraq 1 st. isti su töküb, suyu çəkilənə kimi bişiririk.

Hazırladığımız içlik biraz soyuduqdan sonra bibərlərin içinə doldururuq. Diqqət etmək lazımdır ki, bibərin başı biraz boş qalsın. Çünki düyü şişəndə bibərin içindən çıxa bilər. Bibərlərin ağzını kəsib saxladığımız başlıqlarla bağlayırıq. Hazırladığımız bibər dolmalarını kənarda boşluq qalmamaq şərtilə, sıx qazana düzürük. Yarısına çıxana kimi su əlavə edirik. Suya biraz limon və zeytun yağı tökürük. Az odda, ara-bir nəzarət edərək bişirin. Soyuq şəkildə servis edilir.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür