resepti.local » Resept » Yarmaları böcəklərdən qorumaq üçün...
Yarmaları böcəklərdən qorumaq üçün...

Yarmaları böcəklərdən qorumaq üçün...

Kateqoriya: məsləhətlər

Yarmaları böcəklərdən qorumaq üçün...

Hər bir qadın evində müxtəlif yarmalar, un, üyüdülmüş suxari, nişasta və s. bu kimi məhsulları saxlayır.
Bəzən bu məhsullarda böcəklər əmələ gəlir.
Yarmaları və s. məhsulları böcəklərdən necə qorumaq olar? Sizə bunun bir neçə yolunu təqdim edirik.

1. Yarmaları qapağı kip bağlanan şüşə bankalarında saxlayın. Yarmaları isti mətbəxdə deyil, sərin yerdə (məsələn, açıq balkonda saxlayın).

2. Bankalara 1-2 dəfnə yarpağı qoyun.

3. Bankalara acı istiot qiymaq olar.

4. Bankanın dibinə bir az duz səpin, sonra yarmanı tökün.

5. Bankaya qabığı təmizlənməmiş 1 diş sarımsaq qoyun.

6. Qurudulmuş limon sedrası da yaxşı kömək edir.
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür