resepti.local » Resept » Pizza keksi resepti
Pizza keksi resepti

Pizza keksi resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Pizza keksi resepti

Tərkibi:
●1 ədəd yumurta
●1 stəkan şəkər tozu
●0.5 stəkan duru yağ
●1 stəkandan 1 barmaq az süd
●1 paket qabartma tozu
●1 paket vanil
●2 stəkan un

Üzəri üçün:
●1 paket krem şante
●1 stəkana yaxın süd
●qəhvəyi rəngdə şəkər xəmiri( marçipan)
●qara rəngdə şəkər xəmiri
●ağ şokalad
●qırmızı və sarı rəng
●uşaqlar üçün jelibom( yaşıl rəngdə)

Hazırlanması:
1.Əvvəlcə bir qaba yumurta və şəkəri əlavə edib yüngülcə çırpın.Sonra isə duru yağ,süd əlavə edərək qarışdırın.Bir başqa qabda un,qabartma və vanili qarışdırın.Sonda sulu və quru inqredientləri qarışdırıb xəmiri hazır edin.Axıcı bir forması olacaqdır.Yumru şəkildə orta boy soba tavasınına yağlı kağız sərib xəmiri əlavə edin.180 °dərəcəli sobada bişirin.Diş çöpü ilə bişdiyindən əmin olun (əgər diş çöpü salıb çıxardığınızda quru olarsa bişmişdir)...Keksi qoyun soyusun, bir tərəfsən də krem şanteni hazırlayın.Karopkanın içində olan 2 paket şantü tozunu 1 stəkandan 1 barmaq az südlə mikserlə çalıb krem halına gətirin.2 yerə ayırıb, birini sarı,birini qırmızı rəngləyin.Soyumuş keksi ortadan iki yerə ayırın (hündür olmasın deyə).Şəkildə gördüyünüz kimi kənarlarını sarı, ortasını qırmızı rəng kremləyin (qırmızı sanki ketçupdur).Qəhvəyi şəkər xəmirini oxlovla yayıb formanız varsa forma ilə,yoxdusa ağzı balaca stəkan ilə kəsib kolbasa formasında çıxardın.Qara şəkər xəmirini yumrulayıb kəsin və oçində kiçik dəlillər açın (sanki qara zeytundur)..Bunları kremin üzərindən düzün.Yaşıl jelibomları da ( sanki göyərtidir)..Sonda ağ şokaladı sürtkəcdən keçirin ( bu da pendir funksiyasını daşıyır.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür