resepti.local » Resept » Soğan turşusu resepti
Soğan turşusu resepti

Soğan turşusu resepti

Mətbəx: Yoxdu
Kateqoriya: turşular
Porsiya: Yox

Soğan turşusu resepti

Tərkibi:
- 2 ədəd soğan,
- 1 stəkan üzüm sirkəsi,
- 2 stəkan qaynadılıb soyudulmuş su,
- 1 çay qaşığı keşniş toxumu,
- 1 çay qaşığı xardal toxumu,
- 2 yemək qaşığı duz,
- 1 çay qaşığı limon duzu.

Hazırlanması:
Soğanları halqa şəklində doğrayın. Şüşə qabın içərisinə suyu və duzu qoyub soğanları əlavə edin. 1 saat saxlayın. Başqa bir qabın içinə sirkəni, suyu, duzu, limon duzunu əlavə edin və əridin. Bankanın içinə soğanları, keşniş və xardal toxumunu qoyun. Daha sonra hazırladığınız sirkəli suyu soğanların üzərinə əlavə edin. Soğan turşunuz 1 saat sonra yeməyə hazır olacaq.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür