resepti.local » Resept » Qatıqlı kartof salatı resepti
Qatıqlı kartof salatı resepti

Qatıqlı kartof salatı resepti

Mətbəx: Yoxdu
Kateqoriya: salatlar
Porsiya: Yox

Qatıqlı kartof salatı resepti

Tərkibi:
• 3-4 ədəd orta boy kartof
• Cəfəri
• Şüyüd
• 3 ədəd orta boy xiyar
• 5-6 yemək qaşığı qatıq
• 3 yemək qaşığı mayonez
• Duz.

Hazırlanması:
Kartofların qabıqlarını soyub, yuyun. Dərin bir qazana qoyub, üzərinə su əlavə edərək, qaynadın. Kartofları qaynatdıqdan sonra soyumağa qoyun. Daha sonra salatı hazırlayacağınız qaba qaynadılmış kartofları və xiyarları kub şəklində doğrayın. Üzərinə incə-incə doğranmış cəfərini və şüyüdü əlavə edin. Son olaraq duzu, qatığı və mayonezi əlavə edib, yaxşıca qarışdırın. Hazırladığınız kartof salatını soyuducuya qoyub, 1 saata qədər saxlayın. Daha sonra dada bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür