resepti.local » Resept » Xurma ilə kolbasa resepti
Xurma ilə kolbasa resepti

Xurma ilə kolbasa resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Xurma ilə kolbasa resepti

Tərkibi:
Xurma (çəyirdəksiz) 250 q
Ərik qurusu 250 q
Küncüt 100 q
Günəbaxan tumu 50 q
Keşyu 150 q
1 portağalın qabığı
Bir çimdik darçın
Bir çimdik hil

Hazırlanması:
Xurma və ərik qurusunu ət çəkən maşınından keçirdin. Keşyu, tum və küncütün yarısını sobada qızardın, rəngi qızılı olana qədər. İsti-isti xurmalı qarışığına əlavə edin, portağalın qabığını sürtkəcdən keçirdib, darçın və hili əlavə edin, qarışdırın. Alınan qarışıqdan iki ədəd kolbasa düzəldin, qalan küncütü üzərinə səpin. Plyonkaya bükün və soyuducuda 2-3 saat saxlayın.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür