resepti.local » Resept » İftar menyusu üçün şorba resepti
İftar menyusu üçün şorba resepti

İftar menyusu üçün şorba resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

İftar menyusu üçün şorba resepti

Tərkibi:
1 fincan düyü,
2 ədəd limon suyu,
1 stəkan un,
2 çömçə qatıq,
4 ədəd kartof,
1 yemək qaşığı nanə,
3 çay qaşığı duz,
1 ədəd yumurta,
2 yemək qaşığı marqarin,
8 su stəkanı sümük suyu və ya su.

Hazırlanması:
Sümük suyunu və ya suyu qaynadın. Yuyulmuş düyünü əlavə edib, bişirin. Un, limon suyu, qatıq və yumurtanın sarısını az miqdarda su əlavə edərək çırpın. Qaynamaqda olan suya yavaş-yavaş əlavə edərək, davamlı qarışdırın. Özünə gələnə kimi bişirin. Əridilmiş 2 yemək qaşığı marqarini nanə ilə qızardıb, şorbanın üzərinə səpin. Kiçik kublar halında doğranmış kartofları duru yağda qızardıb, süzün və şorbaya əlavə edin. Duz əlavə edib, ocaqdan alın.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür