resepti.local » Resept » Sobada ədviyyatlı kartof resepti
Sobada ədviyyatlı kartof resepti

Sobada ədviyyatlı kartof resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Sobada ədviyyatlı kartof resepti

Tərkibi:
3 ədəd böyük ölçüdə kartof,
4 xörək qaşığı zeytun yağı,
1 çay qaşığı cirə,
1 çay qaşığı qırmızı bibər,
1/2 çay qaşığı rəndələnmiş qoz,
1 xörək qaşığı rozmarin,
3 diş sarımsaq,
2 ədəd dəfnə yaprağı,
1 çay qaşığı duz,
1,5 çay qaşığı xardal.

Hazırlanması:
Sobanı 200 dərəcəyə qədər isidin. Kartofları yaxşıca yuyun və istəyinizdən aslı olaraq kub şəklində və ya alma dilimi kimi doğraya bilərsiniz. Daha sonra balaca bir kasanın içində zeytun yağını, döyülüş sarımsağı, xardal və ədviyyatları qarışdırın. Dilimlədiyiniz və ya kub şəklində doğradığınız kartofların üzərinə kasadakı qarışığı əlavə edin. Soba listinin içərisinə falqa sərib, üzərini bir az yağlayın və kartofları düzün. Ancaq elə düzün ki, heç biri o birinin üstündə olmasın. 30 dəqiqə sonra kartoflar bişmiş olacaq.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür