resepti.local » Resept » Südlü mərci şorbası resepti
Südlü mərci şorbası resepti

Südlü mərci şorbası resepti

Mətbəx: Türkiyə mətbəxi
Porsiya: Yox

Südlü mərci şorbası resepti

Tərkibi:
1 stəkan süd,
1 stəkan qırmızı mərci,
6 stəkan su,
2 yemək qaşığı düyü,
1 ədəd soğan,
1 diş sarımsaq,
1 yemək qaşığı zeytun yağı,
Qırmızı bibər, nanə, istiot, kəklikotu.

Hazırlanması:
Soğan və sarımsağın qabıqlarını soyub, doğrayın. Düyü və mərcini yaxşıca yuyub, süzün. Şorba qazanına sarımsaq, soğan, su, düyü və mərcini töküb, qarışdırın. Orta dərəcəli qazda 25 dəqiqə bişirin. Daha sonra qazanı qazın üzərindən götürüb, blenderdən keçirin. Südü şorbaya əlavə edib, yenidən qazın üzərinə gətirin. Yenidən şorbanı qaynadın. Kiçik bir tavada zeytun yağında ədviyyatları qızdırıb, şorbaya əlavə edin və qarışdırın.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür