resepti.local » Resept » Əncir və fındıqlı piroq resepti
Əncir və fındıqlı piroq resepti

Əncir və fındıqlı piroq resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Əncir və fındıqlı piroq resepti

Tərkibi:
Kərə yağı 220q
Şəkər 160q
Yumurta 4 ədəd
Fındıq 150q
Quru əncir 120q
Un 80q
Qabartma tozu ½ paket
Limon ½ ədəd
Şəkər pudrası 70q
Qaymaq (33%) 2 x.q.

Hazırlanması:
200q kərə yağını şəkər və yumurta ilə mekserlə çalın. Sonra un və qabartma tozu əlavə edin. Fındığı blenderdən keçirdin, ənciri isə böyük doğrayın. Fındığ və ənciri xəmirə əlavə edin, qarışıdırın. Formaya kərə yağı çəkin və üzərinə biraz un səpin. 180 dərəcəyə qədər isidilmiş sobada 45 dəqiqə bişirin.
Qlazur hazırlayın. Bunun üçün qazanda kərə yağını əridin, şəkər pudrası, qaymaq və ½ limon şirəsini əlavə edin. Yaxşı qarışdırın. Keks hazır olanda üzərinə qlazur tökün və fındıq ilə bəzəyin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür