resepti.local » Resept » Qat-qat xəmirli kababı resepti
Qat-qat xəmirli kababı resepti

Qat-qat xəmirli kababı resepti

Mətbəx: Türkiyə mətbəxi
Porsiya: Yox

Qat-qat xəmirli kababı resepti

Tərkibi:
500 qr qiymə,
500 qr mayasız qat-qat xəmir,
3 x.q. soya sousu,
Qara istiot,
1 baş soğan,
2 diş sarımsaq,
Göyərti,
Kahı.

Hazırlanması:
Soğanı sürtgəcdən keçirin (ət maşınından da çəkə bilərsiniz), qiyməyə qatın. Soya sousu, istiot, sarımsaq əlavə edin, duz vurarkən soya sousunun duzlu olduğunu nəzərə alın. Qiyməni yaxşıca qarışdırıb 30 dəqiqə soyuducuda saxlayın.
Sonra qiymədən küftələr düzəldin (1 şiş üçün 4 küftə, birinin çəkisi 25 qr olmaqla). Xəmiri düzbucaqlı yayın, küftələrin diametrindən bir qədər enli hissələrə doğrayın.
Şişləri əvvəlcədən suda 2 dəqiqə isladın. Sonra aralarına xəmir keçirməklə küftələri şişə çəkin. Yağlanmış siniyə düzüb 180 dərəcə qızdırılmış sobada təxminən 30-40 dəqiqə bişirin.
Boşqaba kahı yarpaqları düzün, kababları üstünə qoyun.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür