resepti.local » Resept » Kövrək alma şirniyyatı resepti
Kövrək alma şirniyyatı resepti

Kövrək alma şirniyyatı resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Kövrək alma şirniyyatı resepti

Tərkibi:
1 kq turş alma
125 qram şəkər
2 çay q. darçın
250 qram un
1 çimdik duz
175 qram pivə
duru yağ

Hazırlanması:
Şəkəri darçın ilə qarışdırın.
Almaları yuyub, tumlarını çıxardıb, qabığını soyun.
Təxminən 1,5 sm qalınlıqlı halqa formasında doğrayın.
Darçınlı şəkəri almaların üstünə səpib 30 dəqiqə saxlayın.
Unu duzla qarışdırıb pivəni əlavə edin.
Tavaya duru yağ töküb oda qoyun.
Yağ yaxşı qızanda almaları hər tərəfinə hopmaq şərti ilə pivəli qarışıqda fırladıb yağda qızardın.
Qızarmış almaları süzgəcə yığın ki, yağı süzülsün və soyusun.
Soyuduqdan sonra üzərinə şəkər tozu səpin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür