resepti.local » Resept » Arıqlamaq üçün maddələr mübadiləsini sürətləndirən şorba resepti
Arıqlamaq üçün maddələr mübadiləsini sürətləndirən şorba resepti

Arıqlamaq üçün maddələr mübadiləsini sürətləndirən şorba resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Arıqlamaq üçün maddələr mübadiləsini sürətləndirən şorba resepti

Tərkibi:
- 1 ədəd soğan,
- 1 ədəd kök,
- 1 ədəd kartof,
- 1 ədəd bibər,
- 1 ədəd pomidor,
- 1 dəstə doğranmış cəfəri,
- 3 yemək qaşığı bitki yağı,
- 1 yemək qaşığı un,
- 5 stəkan su,
- Duz.

Hazırlanması:
Soğan, kök, kartof, bibər və pomidoru kiçik-kiçik doğrayın.

Bitki yağını qazana töküb, qızdırın.

Soğanı tökün və yaxşıca qovurun.

Sıra ilə doğradığınız ərzaqları əlavə edib, qarışdırın.

Qapağını örtüb, vam odda 10 dəqiqə bişirin.

10 dəqiqə sonra unu əlavə edin və qarışdırın.

Suyunu da töküb, tərəvəzlər yaxşıca yumşalanadək bişirin.

Göyərti və duzunu əlavə edin, qapağını örtün.

Tərəvəz şorbası süfrəyə hazırdır.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür