resepti.local » Resept » Kərəviz suyu resepti
Kərəviz suyu resepti

Kərəviz suyu resepti

Mətbəx: Yoxdu
Kateqoriya: i̇çkilər
Porsiya: Yox

Kərəviz suyu resepti

Kərəviz alma və ispanaq kimi az kalorili qidalar sinfinə aiddir. Bu bitki orqanizmimizə çox faydalı olmaqla, onu toksinlərdən təmizləyir, çəki atmağa kömək edir və qaraciyərimizin dostudur. Bu dəfə sizə bədəninizi yaza hazırlamaq və yaza əla bədən formasında girməyiniz üçün kərəvəz kürü detoksunu təqdim edirik.

Kərəviz kürü
Bu kürünü 72 saat içində gündə 3 dəfə qəbul etməlisiniz. Amma bu kürünü qəbul etdiyiniz zaman qidalanmanız yüngül yeməklərdən ibarət olmalıdır, bol su içməlisiniz.

Tərkini:
Kərəviz – 5 dənə (saplaqları olacaq)
Limon - 3 dənə
Su – 6 st
Cəfəri – 1 kasa (doğranmış)

Hazırlanması:
Sudan başqa bütün ərzaqları blenderdən keçirin. Yaxşı həll olduğundan əmin olun. Sonra suyu əlavə edib, bir dəfə qarışdırın. Qarışımı süzün və kənara qoyun. Hər gün yeməklərdən 1 saat əvvəl 2 stəkan için. 72 saat bitdikdən sonra ara verin və 1 həftə sonra yenidən başlayın.

Nuş olsun!

Qeyd edək ki, 101 qramlıq kərəviz 16, 64 qram kərəviz isə 10 kaloridir.
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür