resepti.local » Resept » Bişməyən qırmızı qarağat mürəbbəsi resepti
Bişməyən qırmızı qarağat mürəbbəsi resepti

Bişməyən qırmızı qarağat mürəbbəsi resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Bişməyən qırmızı qarağat mürəbbəsi resepti

Tərkibi:
1 kq qırmızı qarağat
1 kq 200 qr şəkər tozu

Hazırlanması:
Giləmeyvələri təmiz yuyun süzün. Sonra pesokla qarışdırın. Kartof əzənlə yaxşıca əzin. Əzəndən sonra da qaşıqla yaxşıca qarışdırın. Sonra mürəbbələri yığacağınız bankaları qaynar suyla qaynarlayın. Bankalar soyumadan mürəbbəni bankalara yığın. Belə olduqda şəkər tozu isti bankalarda daha tez əriyəcək. Bankaları da doldurduqdan sonra hamısının üzərinə 3 yemək qaşığı şəkər tozu əlavə edin ki, daha uzun müddət saxlaya biləsiz. Qapaqlarını kip bağlayıb sərin yerdə qış boyu saxlaya bilərsiz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür