resepti.local » Resept » Yağları sürətlə yandıran almalı detoks suyu resepti
Yağları sürətlə yandıran almalı detoks suyu resepti

Yağları sürətlə yandıran almalı detoks suyu resepti

Mətbəx: Yoxdu
Kateqoriya: i̇çkilər
Porsiya: Yox

Yağları sürətlə yandıran almalı detoks suyu resepti

Yağları əritmək üçün hər birimiz müəyyən üsullar axtarırıq. Əsasən də, sadə, ucuz və faydalı üsul daha münasib olur. Bunun üçün sizə yağlarınızı tez bir zamanda yandıracaq sirkənin gücü, alma və darçının ləzzəti ilə birləşən detoks suyunu təqdim edirik.

Tərkibi:
Alma sirkəsi – 2 x.q.
Alma – ½ hissə
Təzə limon suyu – 2 x.q.
Darçın çubuğu – 2 ədəd
Su – 2 litr

Hazırlanması:
Əvvəlcə 2 litr suyun içinə 2 x.q. alma sirkəsi, 2 x.q. təzə limon suyu və 2 ədəd darçın çubuğunu əlavə edin. Sonra isə yarım almanı dilimləyərək qarışımınıza qatın. Soyuducuda bir az saxladıqdan sonra içə bilərsiniz.Qeyd edək ki, sirkə güclü yağ yandırıcı olduğu üçün mütəmadi olaraq bu qarışımı içsəniz faydasını görərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür