resepti.local » Resept » Moruqlu almalı sufle resepti
Moruqlu almalı sufle resepti

Moruqlu almalı sufle resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Moruqlu almalı sufle resepti

Tərkibi:
225 qram alma
50 qram moruq (dondurulmuş da ola bilər)
100 qram şəkər tozu
4 yumurta ağı

Bəzək üçün:
50 qram şəkər tozu
50 qram giləmeyvə

Hazırlanması:
Almaları yuyun, qabıqlarını təmizləyin və doğrayın.
Bir qazana qoyub üstünə 2 xörək q. su tökün.
Üstünü qapaqla bağlayıb 15 dəqiqə odda yumşalana qədər bişirin.
Isti halda üstünə moruq töküb qarışığı çalın.
Kənara soyumağa qoyun.
Yumurta ağını bərkiyənə qədər mikserlə çalın, 100 q. şəkər tozu əlavə edin.
Almalı moruqlu qarışığı yumurta ağının üstünə tökün.
4 keks formasını yağlayın və şəkər tozunu qablara elə səpin ki, divarlarına da hopsun.
Sonra alınmış qarışığı qablara bölüşdürün.
Əvvəlcədən isidilmiş 200 dərəcəli sobada 12-15 dəqiqə sufle qəhvəyi rəng alana qədər bişirin.
Soyuduqdan sonra üzərinə şəkər tozu səpin, giləmeyvə ilə bəzəyin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür