resepti.local » Resept » Moruqlu sorbe resepti
Moruqlu sorbe resepti

Moruqlu sorbe resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Moruqlu sorbe resepti

Tərkibi:
240 ml (1 su stəkanı) su
200 gr (1 su stəkanı) şəkər
670 gr təzə moruq (donmuş istifadə edəcəyik. Moruğun suyunu istifadə etməyin)
Yarım limonun suyu
1 yemək qaşığı vanil

Hazırlanması:
Qazana su və şəkəri tökün, qaşıqla qarışdırın və yüksək temperaturda qaynayıb şəkər əriyənə qədər saxlayın.
Şəkər içində əriyəndə söndürün və tamam soyumasını gözləyin.
Soyuduqdan sonra blenderda moruqları, hazırladığınız qarışıq, limon suyu və vanili çəkin.
süzgəclə süzərək bir qaba alın və qarışımın üzərinə streç bağlayın soyuducuya qoyun.
Tamam donanda çıxarın və bıçaqla kiçik kiçik kəsərək yenə blenderdən çəkin.
yenə streçlə bağlayıb soyuducuya qoyun.
2 ay qədər soyuducuda saxlaya bilərsiniz

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür