resepti.local » Resept » Nanəli, çiyələkli, limonlu buz resepti
Nanəli, çiyələkli, limonlu buz resepti

Nanəli, çiyələkli, limonlu buz resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Nanəli, çiyələkli, limonlu buz resepti

Tərkibi:
2 limon
140 qram şəkər
400 qram çiyələk
Nanə yarpağı

Hazırlanması:
Buzlu limon hazırlamaq üçün blendrdə limonu qabıqlı halda şəkər və 500 qram su ilə çalın.
2 dəqiqə limonu pure halına qədər çalın.
Alınmış pureni qaşıqla əzərək şirəsini balaca bir qaba tökün.
Qalan pureni atın.
2 çay q. şirədən kənara bir qaba qoyub qalanını buz dolabında 4 saat saxlayın.
Şirə donduqdan sonra onu yenidən blendrlə çalın və yenə buz dolabında 30 dəqiqə saxlayın.
O bərkiyənə qədər çiyələkləri doğrayın.
Nanə yarpağını xırdalayın.
Sonra çiyələyə xırdalanmış nanə yarpağını və 2 çay q. limon şirəsini qatın.
Limon buzunu qaşıqla nimçəyə qoyub nanəli çiyələk ilə servis edə bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür